İlk addımı sən at

"Bu Ayşə məsələsilə bağlı mənə kömək edə bilərsən?"

"Yaxşı, amma sən də mənə kömək edəcəksən."

***
İyunun sonu... Artıq yavaş-yavaş səyahət planları qurulur, evdə yay təmizliyi aparılır. Sentyabrdan universitetlər- yeni bir dünyanın qapısı açılacaq.

Parka enəndə quşların səsini eşidirsən. Şütüyən maşınlar, söhbət edən insanlar, qaçışan uşaqlar. Güllərin qoxusu ətrafa yayılır, sərin meh əsir. Günortadan sonraki bu mənzərə insanın içini həvəslə doldurur, gələcəyə ümidləndirir. Həyat deyilən bu dalğalı dənizdə var olmağın verdiyi hissi düşünürsən. Bir zamanlar uşaq idin, heç hərfləri bilmirdin, gələcəkdə isə bəlkə də, tarix yazacaqsan.

Hər şey gözəl idi, taaa ki...

"Salamlar. Sabah bu ilin məzunları məktəbə gəlsinlər. Sənədləri paylanacaq".

Direktorun göstərişi qəti idi. İsmarıc hamıya göndərilmişdi. Məktəbdən təzəcə aralanmışkən yenə çağırırlar?!

***
Altan və dostları gəzməyə çıxmışdılar. Söhbətin qızğın yerində gələn mesaj onların kefini pozmuşdu.

- Hara çağırır e?- Orxan

- Məktəbə. Hara olacaq?- Altan

- Ala mən getmirəm.- Orxan

- Yavaş, Orxan, qışqırma, camaat eşidir e səsini.- Altan

- Hamı orda olacaqq.- Ümid

- Belə darıxmısan? 1 ay keçməyib e üstündən.- Orxan

- Mən heç, başım bağlıdı- Ümid cümləsini sonlandırmamış Orxan atıldı.

- Başı bağlı olan sənin kimi davranmaz.- Orxan

- Başa düşmədim??

- Düz deyir də, Selinin xəbəri var, sən kimlərlə yazışırsan?- Altan

- Bunu Selinin də yanında deyin, görün həyatımı məhv edirsiz mi?- Ümid

- Az qalıb, narahat olma.- Orxan

- Bax gözəl danışırıq, niyə aranı qatırsan? İndi mən nə edim? Ece söhbəti açım sənin üçün?

- Sabah saat neçədə gedirik?- Orxanın söhbəti dəyişdirmək istədiyini anlayan Ümid çox üstünə getmədi. Amma bu burada qalmayacaqdı.

- Səhər 9da. Bütün siniflər orada olacaq.

- Deməəə.

- Dedim. Əşi gedib sənədi alıb gələrik də.

- Təki.

***
Bizimkilər də bu xəbəri alanda hamı kimi təəccüblənmişdilər. Qrupda bunun söhbəti gedirdi:

Annanın telefonundan...

🤠💅SelİrFt💃💗

Siz: Nə deyir bu?

Bro: Nə danışır bu, uşaqlaar.

Siz: Bizimkilər mənbilən heç sənəd qoymamışdılar axı qala.

Bro: Direktor bizim üçün darıxıb skdskljlskjdlkajds

Siz: Hamını çağırıb?

Bro: Həə son zəngdəki kimi olacağıq.

Siz: şov MKSNKDLAKLDCNSAKNKLSADLKAS

Bro: Emreni yenə görərik ;)))

Siz: 🤠🤠

BichLara: Gəldimm oxuyum mesajları.

Siz: Oxu gəl.

Bro: O biri qrupdakı mesajı gördün?

BichLara: Uşaqların çoxu getməyəcək.

Bro: Hardan bildin?

BichLara: Uşaqlar danışırdılar. Siz gedirsiz?

Bro: Getməmək imkanımız varsa getməyək lsdjksjdksjdk

Siz: Hamısı da gələcək. Baxarsız.

BichLara: GƏLİNNNN💃💃

Siz: Here we go again

***
Günorta parka gəzməyə çıxan Özkan baxışlarını yerə dikmiş yeriyirdi. Görəsən bundan sonra nələr olacaqdı? Universitetdə onu nələr gözləyirdi? 11 illik məktəb həyatı da belə getmişdi. Hər şeyin üst üstə gəldiyi bir zamanda səbəbsiz yerə gülümsəyir, öz özünə qızarırdı. Bəlkə də, səbəbsiz deyildi, oyundan sonra... Ağlı birində qalmışdı, düzü, uzun zamandır belə şeylər hiss etmirdi. Biraz düşündü. Əslində, heç belə bir şey hiss etməmişdi. Məktəbə getmək üçün həyəcanlanırdı, onu yenidən görəcəkdi. Və, bəlkə, bu dəfə söhbət edərdi. Addımları sürətləndi. Günəş daha parlaq göründü, rənglər daha canlı.

***
- Nə geyinimm- Ayşə Ece ilə görüntülü danışırdı.

- Sənə hər şey yaraşar.

- Bilirəm, ama yenə də seçək də. Hamıdan gözəl olmalıyam.

- Görəsən Opya nə geyinəcək? - Ece

- Vecimə deyil. - Ayşə

- Ona görə son zəngdə pis-pis baxışırdız?

- Yaxşı, kəs. O kimdi ki özümə bir tutum?

- Opya aradan çəkilsə yaxşı olardı ehh

- Opyanı tullamaq asan söhbətdi. Əsas Altandı.

- Sən Altanla olsaydın, Orxanı da mənə düzəldərdin. Əla olardı.

- Orxan?- Ayşə gülümsədi, amma Eceyə bildirmədi.

Bir neçə dəqiqədən sonra söhbət sonlanmışdı, daha doğrusu Ayşə sonlandırmışdı. Ece fürsətdən istifadə vaxtı varkən, kameranı açdı. TikToka üzünün yarısının göründüyü video yüklədi. Altına yazdı: "Bir zamanlar toz konduramadıklarım, şimdi kirden görünmez olmuş".

Sonra, gələn rəyləri oxumağa başladı:

@Ali_Cool: Ece internetdən çıx.

@Umutuluyum: Niyə türkcə yazırsan?

@Mrs_Selin: Ümid bekarsan? Sənə nə? Ece, sən də videonu sil.

@Ece_Gece: Əl çəkin 😉😉

@Opya_Girl: "Toz kondurmadıkların" kimlərdi?

@Ece_Gece: Ümumi deyirəm.

@Emress: 🤣🤣🤣🤣🤣

***

"Ümumi" deyə düşündü. Sözlərin Ayşə ya da Orxana ünvanlandığı bəlli idi, kim bilir nələr olub yenə aralarında.

"Bircə Ayşə gici Altanımdan uzaq olsun. Çox dolanır ətrafımızda, əsəb oluram. Çoxdan ayrılmısınız, əl çək də! Daha nə istəyirsən? Altana ayırdığı vaxtı özünə ayırsa, nələr nələr edərdi. Səbr elə, nəysə. Ya Altanı məndən ayırsa? Qoymaram eee. Heç nəyə gücü çatmaz, OLMAZ!" Opya bu fikirlərlə yuxuya getdi.

***

Gecə 02:15

Emrenin telefonundan...

Yayavuzz: Yata bilmirəm 😭

Siz: Bilirəm.

Yayavuzz: Hardan?

Siz: Bayaqdan 9384989248 dəfə yazmısan!

Yayavuzz: Sorry. Sən niyə yatmırsan?

Siz: Bu vaxt yatarlar? Özü də tətildə.

Yayavuzz: Sabah getmək istəmirəm.

Siz: Tez-tez de yaddan çıxmasın.

Yayavuzz: Zavuç qəsdən təşkil edib, görərsən. Öyrəndilər elədiklərimi.

Siz: Hansı?

Yayavuzz: Bilirsən də, tualetdəki zibil qabını götürüb içində tonqal qalamışdıq.

Siz: BOMBA OLMUŞDU E😂😂😂

Yayavuzz: Neyniyim? Novruz bayramı ərəfəsi idi. Həm də həmin qab pis vəziyyətdə idi onsuz da.

Siz: Aəə narahat olma, neçə ilin söhbətini heç kim açmaz. Kimin elədiyini də bilmirlər.

Yayavuzz: Ya tapıblarsa?

Siz: Həəə, ona görə sabah gəlməsən yaxşıdı SJDKLSJDKLSJDKAJDKSAJJ

Yayavuzz: Bəsdi də. Həm də sabah hamı orada olacaq.

Siz: Məsələn kim ;)

Yayavuzz: Məsələn, hamı ;))

Siz: Başa düşmədim, hamını neynirsən? Laradan danış eee HEHEHEYTTTT

Yayavuzz: Annadan danışaq.

Siz: Yuxum gəlir, sabah tez durmalıyıq🥱 Get biraz da Özkanı bezdir.

Yayavuzz: O yatıb, bizim kimi deyil e 🏃‍♂️

Siz: Mən də yatıram, gecən xeyrə.

Yayavuzz: Xeyrə qarşı, ama səni online görsəm batdın.

***
Səhər açılırdı. Günəş öz şüalarını göstərdiyi vaxt zəngli saatlar işə düşdü, həftə içi işi olanlar artıq qalxmışdılar. Yeni bir gün başlayırdı. Quşlar səs-səsə vermişdilər, günəşin sarı-narıncı tonları ağacların üzərində gözəl mənzərə yaradırdı, gecənin səssizliyi öz yerini gündüzün tempinə buraxırdı.

Yeni həftə yeni hədəflər deməkdir. Kimisi oyanıb idmandan sonra səhər yeməyini yeyir, kimisi hələ də yuxudadır. Amma bəziləri də var ki, ümumiyyətlə, yata bilməyiblər.

Murad pəncərəni araladı. Günəş gözlərini qamaşdırdığı üçün tez geri çəkildi. Saata baxdı. Hələ 3 saatı var idi. Əsnədi. Yuxulu idi, amma yata bilmirdi. Sanki otaq üstünə gəlirdi, bu da azmış kimi başı ağrıyırdı. İçindən deyinməyə başladı.

"Çox elə lazımdı, 11 il nəyinizə bəs eləmədi, yenə çağırırsız? Verəcəkləri o kağız-kuğuzu mən həyatımda heç vaxt işlətməyəcəm. Xoşları gəlir təşkil edib adam yığmaqdan, kefdilər e. Olan mənə olur."

Çayı qızmağa qoydu. Evdəkilər hələ oyanmamışdılar. Saçlarını qarışdırdı, əl üzünü yuyarkən güzgüyə baxdı. Gözlərinin altı qaralmışdı. Mətbəxdə oturub internetdə gəzməyə başladı.

"Bezdim e, belə şey olar? Görəsən Bella indi nə edir? Yəqin ki, yatır. Bugün gələcək? Gəlsəydi, görərdim". Tez başını qaldırdı, bir anlıq durdu. Utandı, Belladan xoşu gəlirdi? Sonra bu fikirləri özündən uzaqlaşdırmağa çalışdı.

"Nə vaxt danışmaq istəsəm, biriləri yanına gedir, imkan vermirlər". Yanına gedib nə danışacaqdı? Hansı sözləri deyəcəkdi? Ortaq mövzu da yox idi, üstəlik məktəb artıq bitmişdi. Bugün son şansı ola bilərdi.

***
Lara səhər durdu, hazırlaşmağa başladı. Saçını yığdı, çayını içdi. Yol gedərkən qulağında qulaqlıq, dilində mırıltı vardı. Avtobusda adam az idi. "Yaxşı ki, məktəb qutardı, yoxsa bu vaxt burada adam əlindən tərpənmək olmazdı" deyə düşündü.

Məktəbə hamıdan tez getmişdi. Akt zalında oturdu. Keçən zamanları düşündü. Bu akt zalında neçə-neçə tədbirlər olmuş, şənliklər keçirilmişdi. O vaxtki problemləri yadına salıb gülümsədi. Bir zamanlar dağ boyda görünən şeylər, indi necə adi görünürdü. Hər yaşın öz çətinliyi varmış, bəzi problemlər illər sonra üzdə gülümsəmə yaradarmış.

Akt zalında gedən söhbətləri xatırladı. Dərsin ortası uşaqlar akt zalına çağırılanda necə sevinirdilər, qaça-qaça aşağı mərtəbəyə enir, yer tuturdular. Bu zal çox şeyə şahid olmuşdu. Lara içində minnətdarlıq duydu. "Üzümüzdə təbəssüm oyadan xatirələr" üçün təşəkkürlər.

Tək olduğunu düşünürdü. Ayaq səsləri eşidən kimi arxasına baxdı. Qapıda Əli durmuşdu.

- Salam!

- Sabahın xeyir, necəsən?- Əli

- Yaxşıyam, niyə tez gəlmisən?- Lara

- Sən niyə tez gəlmisənsə ona görə.

- Mən evdən gec çıxanda gecikirəm.

- Həə yox, mən yer tutmaq üçün gəldim.

- Çoxu uşaq gəlməyəcək.

Əli tullanıb səhnəyə çıxdı. Sonra direktoru təqlid etməyə başladı. O sırada içəri Altan girdi. Lara ilə salamlaşıb əl çala-çala Əliyə yaxınlaşdı. O da səhnəyə çıxıb pianonun qarşısında oturdu, amma çalmadı. Söhbət etməyə başladılar.

20 dəqiqə sonra zal dolmağa başlamış, hər tərəfi səs-küy bürümüşdü. Özləri də biraz qəribə olmuşdular, guya 5 gün əvvəl sağollaşan onlar deyildi. Yerlərinə keçdilər, uğultu hələ də davam edirdi.

- Salam!- Özkan qolunu qaldırdı.

- Şükür, sizi tapdıq.- Yavuz

- Zal elə də böyük deyil.- Anna

- Dünya çox kiçikdi ehh.- Emre

- Bura keçək.- Əyləşdilər.

Lakin zaman keçir, direktor gəlib çıxmırdı. Orxan ayağa qalxdı:

- İşimiz gücümüz var, gəlmirsə gedək!

- Sənin nə işin ola bilər? Parkda gəzintiyə gecikmisən?- Əli

- Yaxşı da, Əli. Orxan, biraz gözlə.- Altan

- Hə də! Orxan düz deyir, niyə vaxtımızı alırlar?- Ece

- Az yaxşı, otur görək.- Selin

- Sən bir dəqiqə sus.- Ece çəmkirdi.

- Ece, boy çıxarmısan?- Bu vaxt Ümid ayağa qalxdı, Zəhra özünü saxlaya bilməyib gülməyə başladı. Artıq zaldakı baxışlar onların üzərinə dikilmişdi.

- Yaxşırın, bəsdi.- Altan

- Ayşə, dostunu müdafiə elə də.- Asaf

- Məni qarışdırmayın. Söhbəti də bağlayın.- Ayşə Altanla baxışdı, sonra nəzərlərini başqa tərəfə çevirdi.

- "Məni qarışdırma?" belə dost olar? Ay daa əsəbləşdim e!- Bella

- Ayyyyyy kaos- Lara yerindən durub irəli yeridi.

- Bir Orxan, bir Ece yerlərində dinc otursalar, dünyamız..- Anna qollarını yana açdı.

- Müəllim niyə gəlib çıxmadı?- Lara

- Ümid kimə güvənir? Bu nə şit hərəkətlərdi?!- Bella

Opya Elifə baxdı:

- Nə fikirləşirsən?- Opya

- Vecimə də deyil. Qoyasan boş boş danışalar ancaq. Murad harada qaldı?- Elif

Direktor gəlmir, vəziyyət qızışırdı.

- Hahaha, Ümid, otur.- Zəhra gülümsəyirdi.

- Zəhra, sənə nə olub?- Selinin qanı qaralmışdı.

- Çox şey.- Zəhra

- Problem Ecedən Zəhraya keçdisə, söhbəti bağlayaq zəhmət olmasa. Görürəm Eceni müdafiə edən olmayacaq.- Opya gözlərini qısdı. Sözün kimə deyildiyi bəlli idi.

- Çox elə istəyirsən sən müdafiə elə, yerdən söz atmaq niyə?- Ayşə

İkisi də durmağa hazırlaşırdılar ki, birdən:

- Bir dəqiqə, Özkan və Emre hanı?- Anna

- DOSTLARRRRR!!! Dalaşmayın!- Emre əlini qaldırdı, əlavə etdi:- Yəni ki, OYNAYINNN.

Özkan səsucaldıcıda "Hadise - Aşk kaç beden giyer" qoşdu. Və Emre oxuyub rəqs etməyə başladı.

- Seversen yanılmadan, korkmadan korunmadan
Döktüğün o yaşsa da ah mah olmaz.

- Mikrofonu haradan tapdın?

- Emre düş aşağı!

- Səhər saat 9-da da adamda belə enerji olar??

- Kəsin onun səsini!- Orxan belə dediyi an Yavuz da səhnəyə çıxdı:

- Bir kalp kaç defa sever
Orda bana da var mı yer?
Söylesene sevgilim
Aşk kaç beden giyer?

Emre gülərkən gözü Annaya sataşdı. İkisi də tez baxışlarını başqa yerə çevirdilər. O sırada Ümid musiqini kəsmək üçün Özkana yaxınlaşdı. Ayşə də direktoru çağırmaq üçün dururdu ki, qapıda direktor göründü.

Lara direktoru görən kimi səhnəyə baxdı. Emre gözlərini yummuşdu, heç kimə fikir vermirdi. Yavuz Laranı gördü: "Müəllimə gəldi, düşün aşağı!"

Yavuz Emreyə xəbərdarlıq etmək istədi, amma alınmadı. Direktor isə nəzərlərini səhnəyə dikmişdi. Yavuz aşağı endi və yerinə oturdu.

Söyle hadi durma aşk kaç beden giyer?- Emre gözlərini açdı və qarşısındakı səhnəni gördükdə gülməmək üçün özünü saxladı.
Direktor əli çənəsində uzaqlara baxırmış kimi qəzəblə gözlərini ona zilləmişdi. Utandı, səhnədən endi. Bəziləri yerbəyerdən gülürdülər. Müəllim irəli yeridi, Emreyə göz qıydıqdan sonra səhnəyə çıxdı.

- Mən batdım!- Emre

- Bundan da pis ola bilərdi.- Anna

- Emree aşk kaç beden giyer??- Ümidgil gülüşürdülər.

- Geydirəcəm indi sizə!- Emre

- Direktor sənə baxır, sakit.- Bella

- Yaxşı qurtardıq.- Lara

- Necə oxudum?- Emre Annaya baxdı. Görəsən bəyənmişdi mi?

- Halaldı, amma bir də olmasın.- Anna bunu deyəndə Yavuz da gülməyə başladı.

- Videoya çəkmişəm baxarsan necə oxuduğuna.- Lara

- Uşaqlar, gecikdiyim üçün üzr istəyirəm, mühüm işim var idi. İndi yəqin çoxunuz evə getmək istəyir, hə? Haha, uşaqlar, sizi çox tutmayacam, bir-iki sənədiniz qalıb, onları verək, sonra siz sağ- biz salamat.

1 saatdan sonra "sənədlər" verilmişdi. Köhnə ksqlər, rəsm işləri, 11 ilin xatirələri. Kimisi böyük həvəslə götürdü, kimisi də heç götürmək istəmədi. Elə, ya belə: O sənədlərin geri qalan həyatlarında çox mühüm rolu olmayacaqdı.

"Bir dənə sənəd üçün bu qədər tez durdum?? Bekardılar e! Bir də bura gəlsəm, məndən pisi yoxdu." deyə Murad öz-özünə deyindi. İndi hamı qapıya axışır, çölə çıxmaq üçün bir-birilərini itələyirdilər.
Bizimkilər hələ zalda idilər: Lara şəkil çəkdirir, Anna verilən sənədləri götür-qoy edir, Bella telefonda yazışırdı. Direktor qıraqda Emreni tənbeh edirdi.

- Getdik!- Yavuz qollarını irəli apardı.

- Basabas qurtarsın, sonra gedərik.

Yavuz zalın qırağında dayanıb onlara baxan Muradı görüb səsləndi:

- Murad?- Murad onu görəndə qapıya tərəf addımlarını sürətləndirdi. Bella ona tərəf baxanda göz-gözə gəldilər, lakin Murad gözlərini qaçırdı.

Artıq direktor da çıxmış, 6 nəfər qalmışdılar.

- Kameraya baxın! Gələcəkdə videoya baxarıq!- dedi Lara. Gülərək əllərini yuxarı qaldırdılar.

+

Çöldə qarışıqlıq idi: Məktəbin həyəti 11-ci sinfi bitirmiş, universitet imtahanı vermiş gənclərlə dolu idi.
Şəkillər çəkdirir, "bir də bura gəlməyəcəyik" deyə düşünürdülər. Bəlkə də, haqlı idilər. Oğlanlar qıraqda söhbət edirdilər. Ece Orxanın ətrafında dolanır, Selin uzaqdan fikir vermirmiş kimi davransa da, Ümidə göz qoyurdu. Yalnız bir şey: Ayşənin Altana göz qırpması Opyanın yenidən qəzəblənməsinə səbəb olmuşdu.

"Özünü necə göstərir, kim inanar buna? Axı mən onun hansı yuvanın quşu olduğunu bilirəm!"- deyə Opya dodaqlarını gəmirirdi. Gözləri Zəhraya sataşdı: Lara ilə söhbət edirdilər. Onlara yaxınlaşdı, Zəhranın qolundan tutub stadionu işarə etdi. Birlikdə ora tərəf irəlilədilər. Lara ətrafına baxdı, Anna və Bella sinif uşaqlarilə danışırdılar. Onların yanına gedəcəkdi ki, voleybol oynayanların topu stadiona tərəf fırlanıb gözdən itdi.

- Lara, topu gətirə bilərsən?- Stadiona ən yaxın olan tək bir nəfər var idi.

- Zəhmət olmasa!

- Voleybol oynamaq bu basabasa qalıb?- Lara

- Nolarr...

- Yaxşı.- Lara narazı halda stadiona yollandı. Kim bilir hara düşüb. Lakin top elə qabaqda idi, yerdən götürərkən səs eşitdi.

- Yox eee! O birisini de.

- Ciddisən?- Zəhranın səsində kinayə duyuldu.

- Bezdirib məni. O birisini de.- Opya

- Üstünə şər atmaq. Ama, məncə, dəyməz, boş ver.

- Yox, Altana necə baxdığını görmürsən? Elə edəcəm ki, nəinki Altan, heç kim ona üz verməsin!

Lara eşitdikləri qarşısında təəccübləndi, amma donub qalmaq vaxtı deyildi. Görəsən Opyanın planı nə idi? Nəysə, hər nədisə, onların arasındadır. İndilik vacib deyil. Topu alıb geri qayıtdı, uşaqların yanına getdi.

Yavuz ətrafa baxır, Laranı tapa bilmirdi. Narahat olmağa başlamışdı ki, stadion tərəfdən gəldiyini gördü. Yaxınlaşdı:

- Buradan çıxıb kafeyə gedəcəyik, sən də gəlmək istəyirsən?

- Annagil gəlir?

- Hə, Bella da bacısına xəbər verdi.

- Olar.- Lara gülümsədi. Yavuz da gülümsəyirdi, biraz sonra ikisi də fərqli tərəflərə getmişdilər, amma gözucu bir-birilərinə baxmağa davam edirdilər.

Bu vaxt Zəhra və Opya da qayıtmışdılar.

- Hara gedirik??

- Evə.- Əli artıq darvazada dayanmış sağollaşırdı.

- Biz gəzməyə, səni bilmirəm.- Selin

- Mən də gəlirəm.- Zəhra

- Sən hara?- Ayşə

- Siz hara, mən də ora, canım..- Zəhra göz süzdü.

- Zəhra da gəlsin, hamımız olaq da.- Ümidin səsi titrədi, çünki Selin ona göz ağartmışdı.

- Di gedək. Yavuz, gəlirsiz?- Orxan qəsdən Yavuzu səsləmişdi. Yavuz isə ona fikir vermədi.

- Biz başqa yerə gedirik.- Emre

- Sənlə danışdım?- gülməyə başladı.

- Mən Yavuzun vəkiliyəm. Sonra?- Emre

- Hüquqa girmisən?- Orxan karıxdı.

- Yox, ehh mən doğulandan vəkiləm.- Son görünmürdü, Emre Orxanın yanında əzilən deyildi, söhbət uzansa Orxanın ziyanına olacaqdı. Orxan da uzadardı, Altan onu dayandırmasaydı.

- Bella, bizlə gəlin!- Orxan başını çevirdi.

- Orxan, sənə kim lazımdır?- Özkan qaşlarını qaldırdı.

- AY BALA, harasa gedirsiz, yoxsa qapının qabağını belə tutacaqsınız?- Anna

Bundan sonra, uşaqlar yavaş yavaş çölə çıxmağa, elə ordan parka tərəf getməyə başladılar.

Elif gözlərini Murada dikmişdi, hamı çıxan kimi onunla danışacaqdı. Bu dəfə hər şeyi deyəcəkdi. Darıxmışdı, heç nə olmamış kimi xatirələri unudan Muraddan fərqli olaraq Elif yaddan çıxarmamışdı, fikirləri köhnə illərdə dolanır, dolanbaclı yollardan çıxa bilmirdi.

Murad isə o an Bellaya baxırdı. plan belə idi: hamı çıxacaq, o Bellaya yaxınlaşacaq, tətildə də danışmaq üçün icazə alacaqdı. "Sonrası taleyin işidir" deyə düşündü.

Özkan Bellanın yanına getməyə hazırlaşırdı ki, Muradın Bellaya baxdığını gördü. Murad?? Onu sevirdi?? Yoxsa, bəlkə, Murad hamıya belə baxırdı? Niyə elə baxır? Görəsən Bella da onu sevir?

"Onda mənim hisslərimin heç bir önəmi qalmaz, onlar uzun müddətdir ki, tanışdırlar. Bu əlaqələr Muradın bir sözünə baxar. Bəs Bella?" Özkan bilmədən əlini başına apardı. Ürəyində bir sancı hissetdi. Bu sancı kəskin deyildi, bir şeylərin bitdiyini biləndə hissedilən ağrıya bənzəyirdi.

Yavuz gülə-gülə Özkana yaxınlaşdı, vəziyyət yaxşı deyildi.

- Nə olub?

- Y-yaxşıyam.- Sözlər dodağından çıxmırdı.

- İşlə bağlıdır?

- Önəmli deyil.- Özkan özünü ələ aldı, lazımsız fikirlərlə özünü zəhərləməyəcəkdi.

O sırada Murad Bellaya yaxınlaşdı və onu uzun müddətdir gözləyən Elifin gözündə bir anda yaş damlaları meydana gəldi.

- Bella, biraz...

- Biz gedirik, Bella.- Lara

- Lara, gör nə tapdım burda.- Anna Laraya göz qırpdı, Muradla Bellanı tək buraxmaq lazım idi. Bella qızardı, sonra dərin nəfəs aldı və:

- Bəli? Nə isə deyəcəkdin?

- Qəbul olduğun üçün təbrik edirəm.

- Çox sağ ol.- dedi Bella. Murad dayanmışdı, deyəcəkləri yadından çıxmış, artıq kəkələyirdi. Nəyi necə deməliydi?

- Sənin oxuduğun...- Emre Bellaya yaxınlaşdı. Murad hirsindən dəliyə dönəcəkdi. Bir cümləni belə normal tamamlasa olmaz?

- Gedirik, Murad, siz sonra danışarsınız. Ya da istəyirsənsə, sən də bizlə gəl.- Emre gülümsədi.

- Yox, sağ olun.- Murad çıxışa yönəldi. Qulaqcıqlarını taxanda onu məktəb hasarı arxasından izləyən Elifi görmədi.

- Sağ ol!- Emre üzünü Bellaya çevirdi:
- Söhbətinizi böldüyüm üçün üzr istəyirəm, amma acam! Başa düşürsən??

- Nə deyirdi?- Anna

- Bilmədim ki, kitab soruşacaqdı deyəsən.- Bella

- Həə, bir gün oxuyacaq.- dedi Lara. Sonra digərləri də gəldi, addım-addım məktəbdən uzaqlaşdılar.

- Hmm, Murad kitab soruşurdu, deməlii- Lara səsini biraz qaldırdı. Bella əvvəl anlamadı, sonra başa düşmüşdü. "Bəs Özkan sizin nə danışdığınızı başqa cür anlasa?!"

Günün digər yarısını gəzib gülərək keçirmişdilər. Bəlkə də, direktor onları yaxşı edib çağırmışdı, kim bilir?

***
Haradan bilirik nələr olacağını? Sürprizlərin harada qarşımıza çıxacağını? Dediklərimizin, davranışlarımızın nə vaxt qarşılıq alacağını?

Bəzən bir söz bəs edir, bəzən bir roman belə yetmir hisslərimizi ifadə etməyə. Çox sözlər veririk, özümüzə, başqalarına. Hamısını tuturuq mu? Tutan, tutmayan, tuta bilməyənlər var. Bir an gəlir ki, hər şeyi anlayırsan. Sonra keçir. Bir söz, bir görüntü, bir səs, bir anlıq baş verən hadisə bütün fikirləri darmadağın edir.

Ediləni bağışlamaq, bəzi şeylərin üstündən keçmək bəs? Hər birimiz fərqliyik, davranış və düşüncələrimiz kimi.

***
- Alo, canımm, axşam gəlirsən?

- Hə, yadımdadır.

- O qədər süfrə hazırlayacam, mütləq gəl ha. İndidən hazırlaş.

- Yaxşıı- Altan telefonu söndürdü. Axşam Opyagilin həyətində şam yeməyi yeyəcəkdilər. Əvvəl tərəddüd etsə də, sevdiyi üçün belə şeyləri qəbul etməli olduğunu anlayırdı. Opya ciddi idi, istəklərini açıq-açıq dilə gətirirdi. Altanın da elə buna görə ondan xoşu gəlirdi.

Opya məclisi hovuzun yanında açacaqdı, işıqlar sayrışanda bura çox gözəl görünürdü. Yeməyə 2 saat qalmışdı. Hazırlaşmaq üçün otağına çıxdı.

***
İşıq yarı açıq, pəncərə açıq, sərin bir iyun axşamı... Meh əsir, ağacdaki yarpaqların xışıltısı içəri dolur, pərdələr xəfif-xəfif sallanır. Günəş yavaş-yavaş batır, bugünün hekayəsi sona yaxınlaşır.

Lara qulağında qulaqcıq mahnıya qulaq asır. Arada musiqinin ritminə qoşulur, rəqs edir. Bugün maraqlı keçmişdi, məktəblə sağollaşmışdı, uşaqlarla parkda gəzmişdilər.

Əlindəki KSQ vərəqlərinə baxdı, gülümsədi. Rəsm müəllimi rəsmlərini bəyənməzdi, əslində, ümumiyyətlə o müəllimə heç kimin əl işini bəyənmirdi. Hərkəsin tərzi fərqlidir, hamı "mükəmməl" olmalı deyil. Bəzən sadəcə özün olmalısan, bəzən birinin "mükəmməllik" zənn etdiyi şey başqasına xoşbəxtlik gətirməyə bilər.

Texniki elmlərə həvəsi olan bir uşağı müəllim necə də incəsənətə yönəltmək istəyirdi. Təsəvvür edin uşaq həm riyaziyyatda, həm incəsənətdə yaxşıdır. Xeyr, əlbəttə, alınmadı- həmin şagird tibb universitetinə daxil oldu.

Digər vərəqlərə baxdı: xatirələr ard-arda düzüldü. Coğrafiyada müəllim görmədən bütün sinfin necə köçürdüyü ağlına gəldi, gülməyə başladı. İdman dərsində stadionda gəzmələr, yarışlar... "Ən sürətli mən qaçacağam!" iddiasında kim olurdu?

"- Heç halım yoxdu, gəzək elə.

- KOŞŞŞŞŞŞŞŞŞ"- rəngarənk insanlar, xüsusiyyətlər.

Sonra mahnını dayandırdı, instagrama baxmağa başladı.

Zəhra Ayşə ilə selfie paylaşmışdı: "Kızlar gecesiii #girlsnight #kopuyoz  "

Həmin an ağlına stadiondaki söhbət gəldi, Zəhra Opyanı satsa necə olardı? Sonra fikirləşdi: "Bu onların məsələsidir, mənlə bağlı deyil". Ağlından Yavuza yazmaq keçdi, amma niyə? Xeyr, bu vaxt olmaz.

YavÜz: Salam Lara, necəsən? Gör nə tapmışam!

Gələn mesajı görəndə donub qaldı. "Evren?!" Yavuz kafe şəkilləri atdı.

YavÜz: Necədi?😎

Siz: Əla 💃 Yazdım buranı.

YavÜz: Qiymətləri də sərfəlidir, dizaynı da gördüyün kimi.

Siz: Çox sağ ol✍

YavÜz: Buyurrr

Biraz sonra gələn mesaj isə çox təəccüblü idi:

YavÜz: AY DA, ƏLİ, ƏL ÇƏK!

Siz: Deyəsən səhv yazdın.

YavÜz: Üzr istəyirəm, Əli bayaqdan bezdirib.

Siz: Nə olub??

YavÜz: Bunlar gedirlər Opyagilə, nəsə var imiş Deyir sən də gəl.

Siz: Nə var?

YavÜz: Bilmirəm, belə də Əli deyirsə, getməyə ehtiyat edir adam.

Sonra Laranın ağlına bir fikir gəlmişdi. Getsinlər! Tez otaqdan çıxdı, anasından birtəhər icazə aldı. Axşam saat 7də hara gedir? Tanışın başına hadisə gəlib, görməlidir. Sonra qrupa yazdı:

💅💃SelİrFt🤠💗

Siz: OPYAgildə nəsə olacaq, sizə danışacam gələndə.

Annask: NƏ VERİR BAŞ

***

Altan gülümsəyərək gözlərini Opyanın gözlərinə zillədi. Sakit musiqi,  suyun hərəkət etdikcə çıxan səsi, ağaclardan asılmış işıqlar əsl romantik mənzərə yaratmışdı.

- Çox gözəlsən.- Altan

- Haha ancaq indi?

- Həmişə, əlbəttə.

- Necədir? Özüm hazırlamışam.

- Belə gözəl süfrə üçün təşəkkürlər.

- Hər şey sənin üçündür, əylən.

- Səni sevirəm.

- Mən də səni.

- Opya, bilirsən də, mən xaricə...

- Xahiş edirəm, bunu sonra danışaq. Bugün gözəl keçsin istəyirəm.

Dəqiqələr sonra nələr olacağından xəbərsiz...

- AY QIZ!- Ayşə hasarı tullandı. Səsi eşidən Opya geri qanrıldı: "Ola bilməz!"

Ayşə həyətin ortasına yeriyəndə Zəhra kiçik addımlarla qaranlığa girdi, amma Opya onu görmüşdü.

- Nə cürətlə belə girirsən?- Opya

- Sən mənim quyumu qazırsanmış? Altan eşidirsən?- Altan şübhəli nəzərlərlə Ayşəyə baxdı. Söhbət nədən gedirdi? Həmin vaxt Yavuzgil də gəlib çıxmışdılar. Yavuz əlilə dəstək yaratdı, Lara hasarın başına çıxanda Ayşənin orada olduğunu gördü.

- Ayşə, çıx get!- Yavuzgili görən Opya təəccüb qarışıq təlaş içində idi.

- Sən Altanla mənim aramı vurmaq istəyirdin? Zəhra mənə hər şeyi danışıb e!- Ayşə həyətin qaranlıq küncünü göstərdi. Zəhra işıqlığa çıxanda Opya qəzəblə ona baxdı. Ayşə ilə Opya arasında məsafə var idi.

- BƏLİ DOSTLAR! Gördüyünüz kimi tam vaxtında gəlmişik. Videonu like etməyi, paylaşmağı unutmayın, fikirlərinizi rəylərə yazınn oxuyacağıq!- Orxan gülərək hasardan tullandı. Yanında Əli var idi, kameranı tuturdu.

- Bu hasarı daha hündür eləməlidirlər, hər yoldan keçən tullansa- Lara qollarını yana açdı, Yavuz gülməmək üçün özünü güclə saxlayırdı.

- Zəhra! Bunu niyə elədin??- Opya qınayırdı, tənqid dolu baxışları Zəhranın üzərində idi.

- Bilirsən nə var? Ayşə mənə dedi ki, məni aldadırsan. Mən inanmıram ki, sən bizim aramızı düzəldəsən, Selinin xətrinə dəyməzsən axı. Hamı da şahiddir ki, mənim nə Ayşəyə, nə də başqasına ziyanım dəyməyib. Bu işdə yoxam.- Zəhra bunları deyib yenidən qaranlığa çəkilmişdi.

- NƏ? Sən də inandın?- Opya kameraları görəndə əsəbdən dəli olmuşdu:- Çıxın çölə! Bu nə ədəbsizlikdir!

- Sən ədəbsizliyi mənim arxamdan iş çevirəndə fikirləşərdin. Buna bax e!- Ayşə biraz da irəli gəldi. Lara irəli yeridi, onları ayırmaq istədi. Lakin Ayşə qolunu uzatdı, "lazım deyil, bir addım belə yaxınlaşma".

- Baxın burda kimlər varrr- Əli kamerasını Laraya çevirmişdi.

- Əli, işinlə məşğul ol.- Yavuz

- Əli, videonu dayandır.- Lara

- Canlı yayındayıq ee, salam verin.- Əli

- İşiniz yoxdur? Baxmayın, bəsdir!- dedi Lara.

- Ayşə, bilirsən də, bu hərəkətlərin üçün peşman olacaqsan.- Opya

- Yox əşi?! Canlı yayındayıq, hamı görəcək sənin necə ikiüzlü olduğunu.- Ayşə

- Mənim? Belə oldu? Bəs hər görəndə Altana göz qırpan kimdi?- Opya

- Kimsən sən?- Ayşə ona biraz da yaxınlaşdı.

- Səninlə pis danışmayacağam. Son dəfə deyirəm, evimdən çıx get.

- Son dəfə? Güləcəm indi.- dedi Ayşə. Orxan və Əli çox ciddi şəkildə onları çəkirdilər.

- Zavallısan!- Və sanki yanğına kömür atılmışdı.

- Kimin nə olduğunu görəcəyik!- Ayşə və Opya bir-birilərinin qollarından tutdular. Və o zaman Ayşə irəli yeriyib Opyanı itələdi. Opya hovuza düşdü, çapalamağa başladı. Altan yerində donub qalmışdı. Orxan və Əli isə çəkməyə davam edirdilər.

Heç kim hərəkət etmirdi. Yavuz tez suya tullanmaq istədi, Ayşə icazə vermədi. Opya su üzünə çıxmışdı. Makyajı üzünə yayılmışdı, ağlamağa başladı. Ayşə Altana baxdı:

- Bizim aramızı vurmaq istəyirdi. İnana bilirsən?- Ayşə Altana yaxınlaşmaq istəyəndə Altan geri çəkildi. Onda Ayşə Orxanın yanına getdi və birlikdə söhbət edərək, həyətdən çıxdılar. Kamera onları da çəkmişdi...

Opya sakit-sakit ağlayırdı, artıq heç nə vecinə deyildi, heç nəyin əhəmiyyəti qalmamışdı. Bütün səslər mənasız şəkildə bir qulağından girib digərindən çıxırdı. Görüntülər mənasızlaşmışdı, bulanıq idi. Sonra sudan çıxdı, evə yollandı.

- "Şou" bitdi. Hamı evinə! Əli, kameranı BAĞLA!- Lara həyətdəkilərə hirslə səsləndi. Əli gülərək kameranı bağladı. Canlı yayından sonra səhifədə aktivlik artmışdı.

Lara Altana baxdı: -Yuxarı çıxım?

- Yox, Opya yəqin yanına biri gəlsin istəməz.

- Sağ ol, amma Altan, Opyadan belə səbəblərə görə ayrılma ha...- Lara bunu deyib darvazadan çölə çıxdı.

Yavuz əlini Altanın çiyninə qoydu:

- Unutmaq olmur, sən də bilirsən...- dedi Altan və Yavuzun gözlərinə baxdı. Bu sözləri eşidəndə Yavuzun beynində şimşək çaxdı, başı qarışdı. Öz-özünə qurduğu təsəlli cümlələri, dəstəkləyici ifadələrin hamısı ağlından silindi. Fikirləşirdi ki, Altanla düzgün söhbət edəcək.

- Başa düşmədim? Özünlə məni bir tutursan? Mənim sevgilim olmayıb!

- Bəs D...

- Mövzunu niyə dəyişirsən?- Yavuz səsini idarə edə bilmirdi.:- Ayşəni də sevirsən, Opyanı da? Birini seçməlisən. İkisi ilə də, MÜƏYYƏN müddət danışmısan.

- Yaxşı, sakit! Nə edəcəyimi bilmirəm.

- Universitetə gedəndə Opyanı da unudacaqsan onsuz.- Yavuz başını göyə dikdi, ulduzlara baxmağa başladı.

- Opya mənim dünyamdır. Onun yerini heç kim tuta bilməz.

- Ayşə ilə olanda da belə deyirdin.

- Ehhh

- Mənə çatmır ki, Ayşə özü ayrılmışdı səndən. İndi nə istəyir?

- Əvvəl fikirləşdim ki, dərdi Opyadır. Ya da ki, peşmandır.

- Əgər həqiqətən sevirsənsə, Opyanı buraxma. Ayşələr çox olacaq, sizi ayırmasına icazə vermə.

- Bunları deyəndə Orxanı fikirləşib deyirsən?

- O söhbət bağlandı! Bilirsən? Nəysə! Orxan hanı? Niyə çətin anda yanında deyil?

- Yavuz, Orxan yaxşı uşaqdı.

- Dünyanın ən yaxşı uşağı!

- Yaxşı da. Ehh siz düzələn deyilsiz. Gəldiyin üçün çox sağ ol.

- Sən də. Gəld.. Aaa Lara maşında gözləyir EEE!!

- Hahaha get, get.

- Sağ ol !!!

Altan gülümsədi. Yavuz bəlkə də keçmişi qəbul etmirdi, amma dəqiq olan bu idi ki, o sevirdi. Həm də çox sevirdi...

Həyat qəribədir. Biraz əvvəl nələr-nələr olmuşdu. İndi o videoları hamı izləyəcəkdi. "Belə də iş olar?!"

***
- Məni də apardığın üçün sağ ol.

- Buyur, amma sən haradan bildin ki, dava olacaq?

- Bilmirdim...

Gecənin qalan hissəsində qızlar qrupda bugünkü hadisəni danışmışdılar.

***
💃💗SelİrFt💅🤠 18 yeni mesaj

***

Bạn đang đọc truyện trên: AzTruyen.Top