Kimsiniz siz?

Laranın telefonundan:

💖🎶SELİRFT🎉💃

Anna bebeq: Dünən çox bomba idi  ağağağağ

Bellamm: Elə yorğunam kii.. Yenə yatmaq istəyirəmm.

Anna bebeq: Yox e, dur ayağa, görüləcək işlər var.

Bellamm: Sən nə iş görürsən bəs?

Anna bebeq: Bax bu saniyə rahatca uzanmışam, heç kəs məni qaldıra bilməz.

Siz: Derdim olsunn, kadehler dolsunnn

Anna bebeq: Deeee gəldi ağıllı.

Siz: Ninanay💃💃💃

Bellamm: Xoş gəldin, nəfəsssss

Siz: HRRRR Emre temasını açaq biz. Who is he?

Bellamm: Bir mənə bax görüm kiməm mən 🤣🤣

Anna bebeq: Əşi nə bilim, veçerdə tanış olduq.

Siz: Ve ask baslaaar

Anna bebeq: Yox a NƏ? Sakit oturmuşuq yerimizdə.

Bellamm: Heç kim də qaldıra bilməz 🤠

Anna bebeq: Eynən kdjskdjksjdks

Bellamm: Mənə hələ də təəccüblü gələn bilirsiniz nədi? Çox da bəlli eləmədim ama.

Anna bebeq: Nədi?

Bellamm: Sən çıxıb Emre ilə duet oxudun ayayay

Siz: Mesajları oxudum heh

Bellamm: djksjkjdkjks gəlll 

Siz: Ay da həə ciddən. Mən desəm çıxmazsan e ürüsbü

Anna bebeq: O qədər də böyüdüləsi deyil, hər halda çıxacaqdım, sadəcə o təklif etdi, day bir mahnı iki dəfə oxunası deyil ki, mən də çıxdım. Fərqlilik eləmək istədim məktəb qurtaranda.

Siz: Benagliom

Bellamm: Abiii necə istəyirsən elə, yaxşı eləmisənn, əla idin orda.

Anna bebeq: Həm də ki, daha Emre harda qabağıma çıxacaq ki? Pfft boş verin.

Siz: O da düzdü.

Anna bebeq: Şeydən danışın ee siz, Opya və Ayşədən.

Siz: OFF KAOS 🎉

Anna bebeq: Yenə məntiqli məsələ üzrə dava eləsələr, bu heç. Amma Altan üçün dəyməz e valla.

Siz: Nəsə olacaq, ama bilmirəm nə olacaq.

Bellamm: Asks Alex çağırmışdı, ona görə gec gəldim.

Siz: Xoş gəldinn, ama o zarafatı eləməyəcəm.

***

İnstagram

Mrs_Selin: Ümidliyəm @Umutt

@Zehroww: Abii necə poz verirlər ee.

@EceGece: Ətim töküldü.
@Mrs_Selin: @EceGece Bizi heç kim ayıra bilməzzzz

@Lara_Hi: Yaxşı, ama sən o vaxt Altanla sevgili olanda da deyirdin axı bu sözləri? HMM

@IAmAyse: Həyatımm, çox gözəl olmusunuz, yaraşırsızz😍
@EceGece: Az yaxşııı, dünən bunlar ayrılsın deyə dua edən sən deyildin?

@Mrs_Selin: Ece, uç da profilimnən.

@Opya_Girl: HAHAHA ay @EceGece ,o Altana baxmaqdan vaxt tapdı ki, dua da eləsin🤣😂
@IAmAyse: Puah böhdana bax e
@Lara_Hi: Üzr istəyirəm, ama *böhtan* yazılır.

@Opya_Girl: Hə OK, görürdüm də səni.
@Altan_Poladd: Qızlar, bəsdirin.

@Mrs_Selin: Bu nə söhbətdi e? Gedin dm'a

@EceGece: Sus da sən, bi dənə profili var, düşüb ortaya.

@Zehroww: Qızlar, dava eləməyin. Edəcəksinizsə də, özələ gedin day.

***
05********: Salam, siz Larasınız?

Siz: Bəli, siz kimsiniz?

05********: Yavuz. Veçerdəki oğlan😅

Siz: ?

05********: Açılışı edən.

Siz: AAA indi yadıma düşdü. Üzr istəyirəm ksjkdjsk

Yavuz: Problem deyil, narahat etdiyimə görə mən üzr istəyirəm.

Siz: Necə kömək edə bilərəm?

Yavuz: Şey

Siz: Buyurun

Yavuz: AY QIZ EŞİTMİRSƏN?? ANNAnın NÖMRƏSİNİ VER DƏ, NİYƏ DURMUSAN
VER
VER
VER
VER

Siz: NƏ

Yavuz: ANNAnın NÖMRƏSİ DEYİRƏM AAAAA DƏLİ OLACAMMM

Siz: Annanın nömrəsini nə edəcəksiniz? Üstəlik belə yazmağınız xoş deyil.

Yavuz: Üzr istəyirəm, elə demək istəmədim.
ELƏ DEMƏK İSTƏDİM. ANNAnın NÖMRƏSİNİ ALMAMIŞ SUSAN DEYİLƏM.

Siz: Kimsiniz siz?? Yavuzdur dəqiq?

Yavuz: ÇOOX üzr istəyirəm, vaxtını almıram?

Siz: Yavuz, danış day.

Yavuz: Mən Yavuzam. Amma telefon bayaq Emrenin əlində idi. O da mənim dostumdur, veçerdə Anna ilə duet oxuyan oğlan.

Siz: Emre? Aha, bəs o özü niyə yazmadı?

"Sənlə yazışmaq istədim" desəm ağ olar?!"

Siz: Mənim nömrəmi hardan almısınız?

Yavuz: Altandan istədik verdi.

Siz: BAŞQA KİMLƏRƏ VERİB??

Yavuz: Yox, yox, elə mənə. Sadəcə Annanın nömrəsi lazım idi. Amaa sənlə də danışmaq istədim.

Siz: Tamam, Annadan soruşub gəlirəm.

*10 dəqiqə sonra*

Siz: Buyur 05********.

Yavuz: Təşəkkürlər, Emre indi susdu😅

Siz: KSKDNSKDKSKKSKD

Yavuz: Səhnədə çox gözəl oxudun. Bəyəndim.

Siz: Səsim çox pisdi axı AAA kjskjdksjkd

Bir müddət danışdılar. İkisi də özlərinə lazım olan insanı tapmışdı. Axır ki, söhbəti 5 dəqiqə sonra bitirməyən oğlan, söhbət zamanı yalnız özündən bəhs etməyən qız...

***

Annanın telefonundan:

05********: TAP GÖR KİMƏMM
Salam, xanım.

Siz: Kimdi görəsən hMM

Emre: Emre😎 Veçerdəki oğlan. Gördün, nömrəni necə tapdım.

Siz: Laradan soruşmusan da..

Emre: Yolun əhəmiyyəti yoxdur, əsas nəticədir.

Siz: :DD

Emre: Mənə bax, həftəsonu lunaparka gedək?

Siz: Gecə?!

Emre: Yo günorta da olar.

Siz: LUNApark- Ay, yəni gecə.

Emre: sən zarafat elədin?😳

Siz: ZARAFATI SƏN EDİRSƏN.

Emre: Gəzməyə. Yavuzgillə birgə.

Siz: Nəysə, mənim indi işim var, cavabı sonra verərəm.

Emre: Durrrrrr. Düzdü, məni yaxşı tanımırsan, amma yaxından tanışmaq üçün gəzək deyirəm. Gündüz vaxtı.

Siz: Niyə tanış olmaq istəyirsən ki?

Emre: Məsələ mənim sizi tanımağım deyil. Siz məni tanıyın deyə 😎😎

Siz: Lovğaksfjskks

Emre: İndi sən deyirsən ki, guya gəzməyə getməyəcəyik?

Siz: Bəlkə "sən"i yığışdıraq?

Emre: S Ə N

***

Bellanın telefonundan

💖🎶SELİRFT🎉💃

Bro: AY BALA Emredi nədi, əl çəkmir bu nə söhbətdi.

Bebis: İndi nə deyir?? ss at ürəyim çəkildi.

Bro: boş boş danışır, lunaparka zada gedək deyir wtf

Bebis: Uuuu çıkma teklifi edir 😳😳

Bro: qapı ordadı asko.

Bebis: niyə də yox.

Bro: BALA DÜNƏN TANIŞ OLMUŞUQ.

Bebis: Yəni, asko, gənc nəsil belədir, dünən gördüyünə bu gün...

Bro: qocalar kimi danışma. Həm də nəslin hamısı belə deyil ki 💃

Bebis: Daha betərdilər DKSJKJDKJSKJKDJSK

Bro: ayy daha yazmıram. Axotum yoxdu.

Siz: durun balaaa, nə qədər yazışmısınız, oxuyum.

Bebis: AYY bu Emre var ha, bizi gəzməyə çağırır. Elə indicə Yavuz da yazdı ki, gedək gəzək.

Siz: sjkdjskdskdjk gedəcəyik ki?

Bebis: SJDKSJDKSJDKSJDK getməyəcəyik?!

Siz: tanımırıq bunları, nə bilirsən kimdilər, boş verr

Bebis: Nəsə bir hiss var, deyir ki, yaxşı olacaq.

Siz: AY YAXŞI GEDİN nə deyim.

Bebis: Sən də gəl ayol

Siz: işlərim var.

Bebis: nə vaxt olacağını deməmişəm axı??

Siz: Emre var, Yavuz var, da mən nəyə gedirəm əşii

Bro: AYƏ SUS BEYNİMİ ÇÖNDƏRMƏ! Hamımız gedəcəyik, ya da heç birimiz getmirik fso

Bebis: Coşdu bizimki kdksjdksjdk

Bro: 🤠🤠

Bebis: Ama düz deyirik, naz yapma haydeee, sən də gəl

Siz: Baxaram asklar

***

- Biz gəldik!

- Xoş gəlmisiniz, canlarım- Opya evə girən Elif və Eceni qucaqladı.

- Altan evdədir?

- Həə, bayaq gəldi.

- Salam, qızlar.- Altan gülümsəyərək onlara yaxınlaşdı.

İçəri keçdilər. Opya onlara çay, kofe təklif etdi.

- Çay içə bilmirəm eee mən.- Ece qaşını qaldırdı.

- Mənə çay ver, bu aralar kofeindən uzaq gəzirəm.- Elif

- Danışın görək, nə var, nə yox?- Altan

- Heç nə yoxdu. Hər gün bura gəlib-gedirik.

- Orxan necədir? Nə yeyib, nə içir?- Ece

- Hm, deyəsən...- Altan güldü və düşünməyə başladı.

Elif ürəyində: "AY DA, hələ bir ciddi-ciddi fikirləşir. Belə sual olar??"- dedi.

- Hardadır indi?

- Ay bizə nə?

- Yəqin sevgilisiylə, nə bilək hahaha- Opya

- Ehh- Ece köks ötürdü. Ecenin bu halı Opyanın xoşuna gəlməmişdi.

- Az qaldı unilərin açılmasına. Hazırsız?

- Mən hazıram.- Altan mənalı baxışlarla Opyaya baxıb gülümsedi.

- Nə? Az? Hələ 1 ay var, imkan ver oturmuşuq.- Elif

- Ayhh tez açılsın, yeni adamlar yeni insanlar..- Ece

- Təzə dərdlər...- Elif

- Yenə qruzdasan?- Ece

- Bu nə sözdü e?- Opya

- Qruz?

- Dərd sözü varkən, belə yersiz söz işlətmək... Whateverrr- Opya

- Dedik, güldük.

- Aa hə, film izləyəcəyik. "By The Sea".

- Romantik, eeeh- Elif

- Brad Pitt, ayyy- Opya həvəs dolu gözlərlə televizora baxdı.

- O filmə baxmaqdan gözümü mazut bağlayıb, başqasını qoş.- Ece

- Yenə bax, gözünüz yaraşıq görsün.- Opya

- Məni görür də, bəs eləmir?- Altan qollarını sinəsində birləşdirdi, qaşları çatıldı.

- İndi sən heç də..

- Sən və Orxan bir dənəsiniz.- Ece

- Hər söhbətə Orxanı qatmasan dünya dağılar? Opya, sən də film seç, qurtar.- Elif stəkanını hirslə masaya qoydu.

- Sənə nə olub? Harasa tələsirsən?

- Gülürük də, Elif, nəsə olub sənə? Niyə aqressivsən?- Altan

- Aaa, ağzımı açmaz olaydım. Nəysə, nəysə, bağlayaq temanı.- Elif hirsini boğdu. Altanı heç sevməzdi. Opya ilə onu yaraşdırmırdı.

Ümumiyyətlə, Elifin qrup olan Orxan, Ümid və digərlərindən xoşu gəlmirdi. Çünki belələri çox zaman özlərindən fərqli düşünənləri, öz idealları olan insanları yox sayırlar. Onlar üçün hər şey ya tamamilə ağ, ya da tamamilə qaradır.

***
Məktəbin stadionu adamla dolu idi. Oyunçular qaçışır, idman edirdilər. Azarkeşlərin səsi ətrafı bürümüşdü. Kimisi suları daşıyır, kimisi qışqıraraq digərlərinə motivasiya verirdi.

Ətraf yamyaşıl çəmənlik idi. Quşlar cəh-cəh vurur, günəş işıq saçır.
Saat 11:46

Bizimkilər məktəb darvazasının qabağında dayanıblar. Bella köks ötürdü, tənqidi bir tonla:

- Bura heç lunaparka oxşamır- dedi,- Çünki mən bilən lunapark məktəbdə olmur.

- Ay Allah, əllinci dəfədir deyirəm, belə alındı.- Anna

- Qoy mən bir də özət keçim. Deməli, 2 gün əvvəl Emre ilə danışdıq ki, bəs lunaparka gedəcəyik. Amma bu, əlbəttə, gop idi. Bəzən nəyisə deyirik, ama etməyəcəyimizi bilirik ha, onun kimi. 2-3 həftədir tanıdığımız oğlanlarla hər halda oralara gedəsi deyilik. Nəysə, indi məktəbdə sinif yoldaşlarımızın futbol oyunu var, bizlə paralel sinifdə oxumuş hamı orda olacaq. Qısaca, dedik ki, elə burda görüşüb, söhbət edərik. Ayrıca, onlarla oxuduğumuza görə bizi də çağırıblar.- Lara

- Yəni, bizim günahımız bu siniflə oxumaq olub. Sevirəm də buranı, tətilin ortasında gəlmişik məktəbə.- Annanın səsində kinayə vardı.

- Ehh, qısaca Opyası, Ayşəsi, Ümidi zadı, ipin buraxan hamı burda olacaq.- Bella

- Ayayayay əyləncəlii- Lara

- Gedək.- Anna

Stadiona girdilər. Bella oturacaqların yanında yerə örtü sərdi, səbətini yerə qoydu. İçindən meyvə, termos, plastik qabları çıxardı.

- Piknik time!- Lara qollarını havaya qaldırdı.

- Dünən Alexlə keks bişirdik, gəlin dadına baxın görüm.- Bella

- Ooo Alex bişiribsə əla olar.- Anna

- Eheheheh

Emre qızları uzaqdan salamladı və onlara tərəf qaçmağa başladı.

- Nə yaxşı gəlmisiniz.- Emre təngnəfəs olmuşdu.

- Biz də bu məktəbdə oxumuşuq.- Bella

- O tərəfdəkilər bizim sinifin uşaqlarıdı, bax.- Anna Altangili göstərdi.

- Aa bunlar nədi?- Emre

- Biz bişirmişik, buyur.- Bella

- Ağırlıq edər ha sonra, ehtiyyatlı ol.- Anna

- Eləməz.- Emre göz qırpdı.

- Düşüb qalarsan stadionun ortasında- Bella güldü.

- Hmm, yaxşıdı. Amma daha yaxşısını yemişəm.- Emre

- Tərifdi, yoxsa tənqid?- Anna

- Nəsə çatmır, ama bilmirəm nə çatmır. Özkan da bunun dadına baxıb deyər.- Emre

- O kimdi?- Bella

- Qardaşım.- Emre

- Aşpazdı?- Bella sual dolu baxışlarla Emreyə baxdı. Bu vaxt oğlanlar da onu çağırdılar.

- Keksə görə təşəkkürlər. Məni dəstəkləməyi unutmayın.- Emre Bellaya gülümsədi, Annaya baxaraq göz qırpdı və gülərək stadionun ortasına qaçdı.

- Uuuuu- Bella

- Nə?- Anna

- Flört edir məncə.- Bella gülümsədi.

- Məncə dəlinin biri bizə tuş gəlib.- Anna

Lara gözlərilə Yavuzu axtarır, amma tapa bilmirdi. Eləcə uzaqdan baxsa, bəs edərdi. Bu qəhvəyi saçlı, qara gözlü... Nəysə. Ətrafa baxarkən gözü Opyaya sataşdı. Burdan bütün stadionu rahatca görmək olurdu. Altan və Opya qucaqlaşır, söhbət edir, gülürdülər. Ayşə uzaqdan onlara baxırdı. Onları tanımayan biri belə asanlıqla Ayşədən yayılan gərgin auranı hiss edə bilərdi.

Başqa tərəfə baxdı. Ece Orxanın ətrafında pərvanətək dolanır, ona yaxınlaşan qızları buz kimi kəsirdi. Orxan bu qayğıdan xoşhallansa da, Eceyə fikir vermirdi. Elif ağacın altında oturub kimləsə yazışır, başını qaldırmırdı. Ta ki, Murad gələnə qədər. Murad isə gələndə əvvəl Əli ilə danışdı, sonra Bellanı axtarmağa başladı. Oynamaq? Xeyr, 2-3 qol atacaq deyə yayın bu vaxtı tərləmək Murada mənasız görünürdü.

Zəhra və Selin də oturub söhbət edirdilər. Ümid onlara yaxınlaşandan sonra, ikisi aralandı və düşmənə çevrildilər. Ümidin gözü Selində, ağlı Zəhrada idi. Hansına baxsa, ağlı digərində qalırdı.

Əli ortada qaçışır, istirahət edənlərə söz atırdı:

- Uduzsaq, hərənizdən 5 manat alacam ha!

- "Krizi fürsətə çevirmək" bax buna deyirlər.

Sonra Yavuzu tapdı. Orda idi, uşaqlara motivasiya verir, arada Emreni cırnadırdı. Edilən zarafatlara gülür, özünü saxlaya bilməyib yerə düşürdü. Sonra onlara bir oğlan yaxınlaşdı. Bu oğlan kim idisə, Yavuzla çox yaxın davranırdılar. Yavuz qolunu onun boynuna qoydu, bir şeylər dedi. Hamı bu oğlanın başına yığışdıqdan sonra danışmağa başladı, çox güman ki. oyun strategiyalarını bölüşürdü. Veçerdəki oğlan idi bu. O sözlərini bitirəndən sonra Emre qışqırdı, oyunun başladığını xəbər verirdi.

Stadion boşaldı, sadəcə oyunçular qaldı. Top Əlidə idi. O an Orxan Emreyə baxaraq:

- Bax ha, topu o qapıya atacaqsan, bizimkinə yox, yaxşı?- dedi.

Emre Orxanın üstünə atılmaq istəyəndə hakim fit çaldı. Oyun başladı. Rəqiblər topu tutub sürətlə qapıya tərəf qaçırdılar...

25 dəqiqə tamam olduqda uşaqlar fasilə verdilər.

- Sizə nə olub belə?- Yavuz

- Oynamağı bilmirsiz, məsələ budur.- dedi Orxan. Özkan başını salladı.

- 0-2 geridəyik. Əli sən nə fikirləşirsən?- Yavuz

- 3 nəfər gəlib təkləyirlər məni, müdafiədəkilər qabağa qaçmasınlar.- Əli

- Emre, sən müdafiədə dur.- Yavuz

- Hücumçuyam mən!- Emre ayağa qalxdı.

- Heç bir işə yaramırsan!- Orxan

- Sən də məndən geri qalmırsan, fikrin burda deyil.- Emre

- Yaxşı, bəsdirin.

- Emre, əl çək!

- Uşaqlar eynən davam, hahahaha- Ümid onların yanına gəldi.

- Sən niyə onların qrupundasan?- Altan

- Mən ancaq qazananlarla oynayaram.- Ümid

- Onda çıx get!- Emre hirslə bağırdı.

- Gedirəm onsuz da. Əli, unutma ha, uduzsanız hamısı sənə pul verəcək.- Ümid onlara göz qırpdı və oradan uzaqlaşdı.

Uşaqlar şübhə və narazılıq dolu baxışlarla Əliyə baxdılar. Əli bayaqki zarafatına görə peşman olmuşdu. Bu vaxt Özkan uşaqlara müdafiədə olacağını bildirdi. Hamı stadiona tərəf qaçarkən o Əliyə yaxınlaşdı.

- Ümidə fikir vermə, bilirik ki, qəsdən eləmirsən. Narahat olma, yaxşı müdafiə qursaq qalib gələcəyik.- Özkan

- Sağ ol. Düz deyirsən, biz o vaxt bunlara o qədər qalib gəlmişik ki!- Əli mənalı gözlərlə Özkana baxdı.

Bu baxışlarda təşəkkür və sonsuz hörmət var idi.

- Bu oğlanlar futbola nə qədər önəm verirlər?! Ayy, hələ 2 qola görə kədərlənirlər də.- Lara

- Elə belə şey deyil e, futbola görə milyon qazananlar var.- Anna

- Həm də uduzsalar, pərt olmaqdan qorxurlar.- Bella

- Amma İsmayıl yaxşı oynayır ha.- Anna

- O kim ayol.- Lara

- Paralel sinifdən biri, bed boy.- Anna

- Ayayaya o kimdi? O da yaxşı oynayır.- Bella

- Bilmirəm, ama bizimkilər passivləşiblər ee.- Anna

- Yavuz necə can fəşanlıq edir, aman aman, elə bilərsən dünyanın yükünü buna veriblər.- Lara

- Bunlar paslaşmalı deyillər?- Bella

- Araları dəyib deyəsən.-Lara

- Orxan qatır aranı. Ay daa- Anna

Yerlərinə keçdilər. Özkan Əliyə baxdı, gülümsədi. Əlinin stressi keçmişdi. Oyunun ikinci yarısı başladı. Bu dəfə yaxşı başladılar. Yavuz və Emre öndə paslaşırdılar. Rəqib onları keçib qapıya yaxınlaşsa da, Özkanı keçə bilmirdi. Lakin qol ata bilmirdilər.

- Məncə Turan taktikası etməlidirlər.- Lara

- Tarixdə deyildi o? Bura nə dəxli.- Anna

- Rəqibləri öz qapılarına tərəf çəkib o biri qapını boş qoymaq lazımdır.- Lara

- Haa, tutdum! Sonra boş qapıya hücum edəcəklər!- Anna

- Nə olub?- Bella

- Qurd oyunu!!!- Lara

- Turan taktikası- düşməni çevrələyərək yox etməyi məqsəd qoyan hərbi taktikadır. Lara deyir ki, bura tətbiq eləsələr, udarıq.- Anna

- Məntiqlidi, qışqır!- Bella

- Mən??- Lara

- Hə də, tezz.- Anna

- Bella! TURAN TAKTİKASI deyə qışqır!- dedi Lara.

- Bella, qışqır.- Anna

Bella ayağa qalxdı və:

- Uşaqlar! Turan taktikası!!!- deyə qışqırdı.

Stadion onlara tərəf baxırdı. Uşaqlar əvvəl heç nə başa düşmədilər, sonra Əli, Özkan və Altan söhbəti tutdular.

- Buralarda paslaşın!- Özkan

- Yavuz, gəlin.- Altan

Qəribə olan o idi ki, işə yaradı. Rəqiblər onlara tərəf qaçanda Emre aradan çıxıb qol vura bilmişdi. Bu da onlara stimul olmuşdu. Sonra sevinclə diz çökdü, qollarını yuxarı qaldırdı. İlk qolu Emrenin atmağı Orxanın xoşuna gəlməmişdi. Uzun və gərgin keçən 20 dəqiqədən sonra oyunun sonuna 5 dəqiqə qalmış 2ci qolu da vura bilmişdilər.

- Bax belə!!!- Orxan

- Əvvəldən belə oynasan olmazdı?- Yavuz

- Kefim istəmirdi.- Orxan

- Zibilə düşmüşük ee- Emre

- 5 dəqiqəyə nə edə bilərik?- Əli

- Sadəcə qapını qoruyun!- Özkan

- 2:2-dir. Uzatma olacaq, əlavə vaxt.- Altan

- Olmayacaq, yoruldumm.- Emre

- Mən də.- Özkan

- Orxan bəlkə yenə hərəkətlənəsən?- Altan

- Hal qalmadı məndə.- Orxan etiraz etdi.

- Uşaqlar, özünüzə gəlin. Razıyam, onlar 2 qolla başladılar, amma biz zəif deyilik! Bura niyə gəlmişik? Udmağa!- Əli yumruğunu havaya qaldırdı.

- Oynayıb əylənməyə gəlmişik!

- O da var, ama əsasən udmaq.- Əli

- Yoo

- Nəysə! Bacararıq, onlar da yorulublar. Sadəcə 1 qol! Qapını qoruyaq və hücum edək.

- Əliyə pul kaptırmak istəməyənlər əl qaldırsınlar görək!- Yavuz güldü.

Bu sözdən sonra bir araya gəldilər. Oyunu bitirib kimin yaxşı olduğunu göstərəcəkdilər.

Opya Altanın videosunu çəkib storyə qoydu: "Bastırın!". Ece baxdı və dedi:

- "My love" yaz.

- Əşii

- Ehh, Orxanı çəkib, elə yazardım ki...

- Yaxşı, nəysəə.

- Murad, niyə oynamırsan?- Elif Murada səsləndi. Amma Muradın fikri başqa yerdə idi.

- Heeey

- Ha?

- Niyə oynamırsan?

- Birdən ikiyə oynadığımı görmüsən?- Murad çəmkirdi. Belə cavab Elifin xətinə dəydi.

- Fərqlilik et deyə deyirəm də, niyə hirslənirsən?

- Lap yaxşı.- Murad Elifi yola verirdi, çünki o an fikri başqa yerdə- xəyallar aləmində idi, ürəyi sürətlə döyünürdü. Gözləri onda idi.

- Necə sevinirlər ee- Bella onları belə xoşbəxt gördükcə özü də həvəslənirdi.

- Selfie çəkək, baxın bura.- Lara

- O telefonu bir burax, gör necə oynayırlar.- Anna butulkanın ağzını açdı.

- Videoya çəkirəm, bir dəqiqə.-Lara

- Yavuz necə qaçır amann- Anna

- Hanı, hanı- Lara

- Hahahaha- Bella

- Emreyə bax.- Lara

- Pfff- Anna

Oyun boyunca Ayşə qışqıraraq alqışlayır, Zəhra və Ece video çəkirdilər.

Uzatmalar başlamışdı. İndi hamının ağlında bu sual var idi: "Görəsən, kim qazanacaq?" Fit çalındığı andan stadionda gərginlik var idi. 1 qol... Sadəcə 1 qol kimin sevinclə, qürurla, kimin hirs, qəzəblə bu stadiondan ayrılacağını müəyyən edəcəkdi.

Əli dərin nəfəs aldı. Ümidin sözlərini ona qaytaracaqdı. Bu önəmli oyunda Ümidin qalib gəlməsi dəlilik olardı. Müdafiədə durub heç nə etməyən Ümidin burdan çıxanda onun üzünə baxaraq hırıldamasına icazə verə bilməzdi.

"Əyləncəli olacaq!" deyə düşündü Özkan. Onun üçün önəmli olan oyundan həzz almaq idi, çünki bilirdi ki, belə oyunların sonu olmur. Həyatda qazanmaq da var, uduzmaq da.

Orxan və Emre dişlərini qıcamış, hazır dayanmışdılar. Bir birlərinə baxıb hiyləgərcəsinə gülümsədilər. İkisindən birinin növbəti qolu atacağına əmin idilər.

Altan uşaqlara baxdı. Hamısı udmağı qarşılarına məqsəd qoymuşdular. Altan isə bərabərlik olmasını istəyirdi. Artıq halı qalmamışdı, yorulmuşdu. "YOX, mütləq 3 olmalıdır? Dedik, güldük, gedək də evimizə".

Murad onlara baxır, arada heyifslənirdi. Bura Bella gəlir deyə gəlmişdi, yoxsa nəyinə lazım idi Əli necə hirslənir, Orxan necə oynayır. Axı kimə lazımdır? "Onsuz da heç kim bunların top dalınca qaçmasına baxmağa gəlmir, hamı birini görmək istəyir, bir şeylər bilmək istəyir..."

*Bir neçə dəqiqəlik yorucu paslaşma, hücum cəhdlərindən sonra*

- BAAAAAAAAAAAAA!- Əli 3cü qolu atdı, tullanıb düşməyə başladı.

Yavuz və Altan stadionun ətrafında sevinclə qaçırdılar, Özkan üzünü izləyicilərə çevirmiş, qələbə pozaları verirdi. Orxan və Emre bir birilərinə hirslə baxırdılar. Orxanın gözündən alovlar çıxırdı. Birdən Emre ayağa qalxdı və gülməyə başladı:

- Qalib gəldik HEEEYYYYYYY- Əlinin yanına gəldi;- Halaldı sənə.

Əli Emrenin əlini sıxdı, sonra yadına bir şey düşdü, yeriməyə başladı. Ümid yerdə oturmuşdu, narazılıqla ətrafa baxırdı. Əli yaxınlaşdı, Ümidin üzünə 5 manat atdı.

- Al bunu.- Sonra qaçaraq yoldaşlarına qoşuldu.

Ümid hirslə ayağa qalxdı, amma heç nə edə bilmədi, edə bilməzdi. Ona tərəf qaçan Selin və Zəhranı belə saymadı, hirsini boğdu. Bu burda qalmayacaqdı.

Emre Annaya yaxınlaşdı, utancaq olmuşdu.

- Duet bir başlanğıc idi...- Emre səssizcə dilləndi.

- Necə?- Anna

- Heç, necə nömrəni tapdım eheheheh- Emre

- Bezdirdiniz də məni.- Lara

- Puah iki söz yazdıq, bezdirmiş olduq.- Emre

- Salamlar.- Yavuz

- Salam

- Nə yaxşı gəldiniz.- Yavuz

- Altangil çağırdı.- Lara

- Mən də çağırdım.- Emre

- Mənə mesaj yazan olmayıb.- Lara güldü.

- Annaya demişdim.- Emre

- Siz də Bellasınız. elə deyil mi?- Yavuz

- Bəli, məmnun oldum.- Bella gülümsədi. Bunlar nə qədər yaraşıqlıymış ayy

- Qarışdırmayın ha, mən Emre, o da Yavuzdur.- Emre

- Uşaqlar Əli sizi ça-a-ğırır..- Özkan uşaqlara yaxınlaşdı.

Onu gördü və bütün dünya 1 dəqiqəliyinə susdu. Ürəyi sürətlə döyünməyə başladı. Sadəcə o vardı, onun işığı gözlərini qamaşdırdı. Nəfəsi kəsildi, gözləri parıldadı.

- Aaaa yaxşı gəldin. Qızlar, tanış olun, bu dostumuz Özkandır. Kəllədir ha.- Yavuz

- Duet oxumuşdum e, həmin qız- Anna. Bu da nömrə istədiyimiz- Lara. İndi tanış olduğumuz-Bella- Emre tanış etdi.

- Bella... Məmnun oldum.- Özkan

- Mən də.- Bella

Lara gülümsədi və ürəyində fikirləşdi: "Ve aşk başlaaar hahaha".

Bella Laranın mənalı baxışlarını gördü, qaşını qaldırdı.  "Nope"

Bu sırada Emre və Anna qışqırışırdılar.

- Mənim adımı telefona necə yazmısan?- Emre

- Nəyinə lazımdır?- Anna

- Göstər də, nolar- Emre

- A bala, göstərmirəm.- Anna

- Göstər, yoxsa əl çəkməyəcək.- Bella

- Ayhh, al bax.-Anna

"EMRE"

- "Emre Şampiyon" yaz.- Emre

- Yox bir, başqa arzun?- Anna

- Belə çoxdu, amma hamısı bir anda həyata keçsə marağı qalmaz- Emre göz qırpdı.

Anna qızarmışdı. Bunu görən Bella tez söhbəti dəyişdi:

- Hava çox istidir.

- Aa, həqiqətən, Özkan, nə deyəcəkdin?- Yavuz

- Əli çağırırdı, Ümid də içəridədi.- Özkan

-Vay, kaos?- Lara

- Dava var?- Anna

- Bilmirəm, gedib biləcəyik.- Özkan

- Emre, gedin gəlirəm indi.- Yavuz

- Nə olub?- Emre

- Ayaqqabım açılıb- Yavuz gözü ilə işarələr edirdi.

Emre bunu başa düşsə də, Yavuzla əylənmək istədi.

- Gözləyək sənii?- Emre

- Əli nəsə edər birdən, gedinn.- Yavuz

- Gedək?- Emre gülürdü.

- Ask, biz gedək, sən evdəkilərlə danışacaqdın deyəsən.- Bella

- Elə?- Lara başa düşməmişdi.

- Biz çıxışda olacağıq.- Anna

- Gedək.- Emre də qızlarla birgə çıxışa yönəldi.

- O tərəfə yox e, bu tərəfə.- Özkan da gülərək Emreyə səsləndi.

Lara telefonla danışdı, sonra qayıtdı.  Yavuz sözlü adama oxşadığı üçün qalmışdı, yoxsa gedərdi.

- Əli yenə oraları qatıb qarışdıracaq.- Yavuz

- Həə. elədir.- Lara

- Sizlə oxumuşdu, hə?

- Bəli. Yaxşı uşaqdır, amma aqressiv olanda gözü heç nəyi görmür.

- Şey, əslində mən üzr istəyəcəkdim- Yavuz cəsarətini topladı.

- Niyə?

- Emre mənim telefonumu alıb bir şeylər yazmışdı.

- Eybi yoxdur, bilirdim ki, sən deyilsən.

- Hahah, Emre rahat biridir, mən yox. Yəqin ona görə...- Yavuz qızardı.

- Yox, kim yazışmanın ortasında səbəb olmadan başqa fonta keçər ki? Bir anda iri iri yazdın, deməli sən deyildin.- Lara gülməyə başladı.

- Aramızda problem yoxdur ki?

- Hahaha, xeyr, niyə olsun ki?!

- Tamam, mən gedim Özkangilin yanına. Sağ ollll.- Yavuz tələsdi.

- Ayaqqabılarını bağla.- Lara gülümsədi və səbəti götürüb çıxışa yollandı.

***
- Bizimkilər yaxşı oynadılar haa.- Anna

- Hələ Əli.. Off son qolu necə bomba vurdu e.- Bella

- Bu zavallılara bax e, necə sevinirlər.- Ayşə qəsdən səsini yüksəltmişdi. Yenə bəla axtarırdı.

- Nə deyirsən?- Anna irəli atıldı.

- Lazımsız insanlarla danışmıram.- Ayşə

- Bayaq quş kimi civildəməyi bilirdin ama.- Anna

- Kimsən sən? Çəkil görüm e, qabağımdan- Ayşə

Ayşə getmək istəyəndə Bellaya dəyib yerə yıxıldı.

- Çüş day, bu qədər də rol oynama.- Bella

- Sən məni itələdin.- Ayşə

- Hə, hə, səni yerlərə mən sərdim.- Bella

- Qolum ağrıyır..- Ayşə

- Ayşə?? Yaxşısan?- Altan yüyürərək gəldi.

- Bella məni yerə yıxıtdı.- Ayşə

- Yıxıtdı, dur da, niyə qalmısan yerdə.- Anna

- Gəl, gəl. Yaxşı da, Anna, görmürsən nə haldadı.- Altan

- Ay da!- Anna

- Boş ver, gedək, adamı xəstə edərlər e!- Bella

- Lara gəlsin, gedək.- Anna

- Ayşə, gedək buz qoyaq.- Altan

- Altan, nə edirsən burda?- Opya qaşları çatılmış, onların yanına gəldi.

- Ayşənin qolu yaralanıb.- Altan

- Bundan sənə nə- Opya

- Sənin əksinə, Altan kömək etməyə çalışır.- Ayşə

- Altan. gəl.- Opya

- Altan. getmə.

- Qərar verin.

- Mən gedirəm.- Opya

- Bax, səni gözləmir. Getmə, Altan.- Ayşə

Altan Opyanın yanına getdi. Ayşəyə nə qədər hörməti olsa belə, sevgilisini ona tərk edə bilməzdi. Yəni köhnə sevgilisinə.

Murad lap qıraqdan onları seyr edirdi. "İmkan vermədiniz ki, 2 kəlmə söz danışaq".

Lara da axır ki, gəlib çıxmışdı.

- Nə oldu?- Lara

- Nə olmadı ki?- Anna

- Gedək, yolda danışarıq.- Bella

***
Stadiondan sonra paltardəyişmə otağına keçdilər. Səssizlik idi. Ta ki, Emregil gələnədək.

- Bizi niyə çağırmışdın?

- Elə-belə. Harda qaldınız?

- Əsas odur, gəldik.

Bir müddət daha səssizlik ola bilərdi, Orxan icazə versəydi.

- 1ci qolu sən atmısan deyə havalara girmə ha.- üzünü Emreyə çevirdi.

- Girmirəm, gecə rahat yata bilərsən.

- Nə deyirsən sən?

- Heç.

- Gic gic danışmağı bilirsən ancaq.- Orxan

- Ağıllı ol.- Emre

- Orxan, sənə nə olub?!- Əli

- Sevgidən məhrum olub.- Emre

- Kəs səsini.- Orxan

- Sən kəs.- Emre

- Orxan, qaşınmayan yerdən qan çıxarma.- Özkan

- Emre bir də bizlə oynamasın.- Orxan

- Sənin sözünə fikir verən var ki?!- Emre

Bu vaxt Yavuz da içəri girdi.

- Guya bombasan sən?- Orxan

- Mən yox, amma sən özünü elə hiss edirsən deyəsən.- Emre

- Nə baş verir?- Yavuz

- Deee, sən əskik idin elə.- Orxan

- Orxan deyir ki, Emre bizlə oynamasın.- Ümid davanı alovlandırmaq istəyirdi.

- Heç kim başqasının işinə qarışmasın, oynamaq istəməyənə də qapı açıqdı.- Yavuz

- Vayyy

- Emrenin vəkil tutduğunu bilmirdim.- Orxan

- Çox şeyi bilmirsən.- Emre

- Bilmirmiş kimi aparırsan özünü.- Yavuz

- Yavuz, köhnə söhbətlərə girməyək.- Orxan

- Mən o söhbətdən illər əvvəl çıxmışam.- Yavuz

- Orxan, uzatmağın mənası yoxdur.- Özkan

- Danışdıqca batırsan.- Əli

"Hansı söhbət?" hamının ürəyinə şübhə toxumları səpilmişdi.

***

Yavuz "Whatsaptallar" qrupunu yaratdı.
Yavuz sizi əlavə etdi.

Bạn đang đọc truyện trên: AzTruyen.Top